İraqda bomba hücumlarında yeddi adam ölüb

  • Asgar Asgarov
Ən ölümcül hücum Mosulun qərbindəki polis yoxlama məntəqəsində baş verib

İraq boyu təhlükəsizlik qüvvələrinə edilən hücumlar ən azı yeddi adamın ölümü ilə nəticələnib. Ən ölümcül hücum Mosulun qərbindəki polis yoxlama məntəqəsində baş verib. Burada intiharçı özü ilə bərabər dörd polis zabitini partladıb. Hücumda əlavə dörd polis zabiti yaralanıb. Mosul şəhərinin o biri tayında iki intiharçı ordu bazasının darvazası yaxınlığında özlərini partladıblar. Bir əsgər ölmüş, başqa beşi isə yaralanmışdır. Paytaxt Bağdadda yolkınarı bomba partlayışları iki polisin həyatına son qoymuş, səkkizini isə yaralamışdır. Tal Afarda bir intiharçı ictimai bazarda özünü partlatmağa cəhd göstərərkən təhlükəsizlik qüvvələri onu güllə ilə vuraraq məhv ediblər.