İraqda 4 nəfər qətlə yetirilib

İraqda 4 nəfər qətlə yetirilib

Fəllucə şəhərində silahlılar qızıl dükanında reyd keçiriblər

İraq polisinin bildirdiyinə görə, bu gün Fəllucə şəhərində qızıl dükanında reyd keçirən silahlılar 4 nəfəri qətlə yetiriblər. Fransa xəbər agentliyi bildirir ki, qarətçilər minlərlə dollar dəyərində olan zinət əşyası oğurlayıblar. Təhlükəsizliklə bağlı vəziyyətin qeyri-sabit olduğu İraqda günorta saatları belə oğurluq hallarının tez-tez baş verdiyi deyilir.