Milis komandiri Raad Əl-Mucamai qətlə yetirilib
Iraq boyu baş verən hücumlar nəticəsində Əl-Qaidəyə qarşı mübarizə aparan milisin lideri də daxil edilməklə, azı 3 nəfər ölüb.Rəsmilərin bu gün açıqladığı məlumatda deyilir ki, milis komandiri Raad Əl-Mucamai Diyala vilayətinin Böhriz məntəqəsində maşınına edilən bomba hücumu zamanı qətlə yetirilib.
Rəsmilər eləcə də bu gün Bağdadın cənubunda, əhalisinin çoxu sünni olan Dora məhəlləsində yol kənarına yerləşdirilmiş bombanın yüksək vəzifəli rəsminin konvoyundan azı ikisinin ölümü, yeddisinin yaralanması ilə nəticələndiyini, lakin rəsminin xəsarət almadığını xəbər verirlər. Bu hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.