İranın Qərbi Azərbaycan əyalətində 8 nəfər dar ağacından asılıb

İranın Qərbi Azərbaycan əyalətində 8 nəfər dar ağacından asılıb

İnqilab məhkəməsinin ölümə məhkum etdiyi məhbuslardan 5-i Urmiyanın mərkəzi zindanında, 3-ü isə Qoşaçay şəhərinin zindanında dar ağacından asılıb.

Mayın 10-da İranın Qərbi Azərbaycan əyalətinin Urmiya və Qoşaçay (Miyandab) şəhərlərinin zindanlarında narkotik maddələrin satışında və qaçaqmalçılığında günahlandırılan 8 nəfər dar ağacından asılıb.
“Media forum” saytının məlumatına görə, inqilab məhkəməsinin ölümə məhkum etdiyi məhbuslardan 5-i Urmiyanın mərkəzi zindanında, 3-ü isə Qoşaçay şəhərinin zindanında dar ağacından asılıb.
Urmiya zindanında dar ağacından asılanlardan 3-nün adı məlumdur: Arif Rəşidpur, İsfəndiyar Məndahəki və Teymur Əyyubi.