Mir Hüseyn Musəvi prezident Mahmud Əhmədinejadı ölkədə referendum keçirilməsinə çağırıb

Mir Hüseyn Musəvi prezident Mahmud Əhmədinejadı ölkədə referendum keçirilməsinə çağırıb

İranın müxalifət lideri prezident Əhmədinejadı İranı dünya ictimaiyyətindən təcrid etməkdə ittiham edib

İran müxalifətinin lideri Mir Hüseyn Musəvi prezident Mahmud Əhmədinejadın siyasətini “destruktiv” adlandıraraq, referendum keçirilməsinə çağırıb. Dünən özünün Kəlam.com veb səhifəsində cənab Musəvi prezident Əhmədinejadı İranı dünya ictimaiyyətindən təcrid etməkdə və “avantüra və diktatorluğu” ilə ölkənin iqtisadiyyatına zərər vurmaqda ittiham edib. Mir Hüseyn Musəvi 2009-cu ildə prezident seçkiləri zamanı prezident Əhmədinejadın mühafizəkar prezident olduğunu deyərək, öz namizədliyini irəli sürmüş, lakin qələbə əldə edə bilməmişdi. Lakin o, seçkilərdə əsas qalibin özü olduğunu , saxtakarlıqlar nəticəsində qələbəsinin qəbul edilmədiyini demişdi. Cənab Musəvi prezident Əhmədinejadı keçən ay BMT-nin Baş Assambleyasındakı çıxışını da tənqid etmişdi.