İranın iki həbsə məhkum edilmiş kino-rejissoru, Cəfər Pənahi və Məhəmməd Rəsulofun filmləri Kann festivalında nümayiş etdiriləcək. Festivalın təşkilatçıları Pənahinin “Bu film deyil” adlı filminin may ayının 20-si, Rəsulofun “Görüşmək ümidi ilə” filminin may ayının 14-də ekranlara çıxacağını deyir. Dekabr ayında İran məhkəməsi İran islam rejimi əleyhinə təbliğat ittihamı ilə onların hər ikisinin altı il müddətinə azadlıqdan məhrum edilməsinə hökm verib. Kann rəsmiləri kino-filmləri necə əldə etdikləri barədə məlumat verməyib. Kann fevsivalı may ayının 11-dən 22-dək davam edəcək.