İranlı alim vətəninə qayıdır

İranlı alim vətəninə qayıdır

İran iddia edir ki, ABŞ Əmirini keçən il ələ keçiribmiş

İran rəsmiləri bildirir ki, bir il öncə yoxa çıxan və gözlənilmədən Vaşinqtonda peyda olan nüvə alimi İrana qayıdır. Xarici İşlər Nazirliyinin sözçüsünə istinad edən İSNA xəbər agentliyinin məlumatına görə, Şahram Əmiri 3-cü ölkə vasitəsilə vətəninə qayıdır. İran iddia edir ki, ABŞ keçən il Əmiri ələ keçirib. Dünən ABŞ dövlət katibi Hillari Klinton deyib ki, alim könüllü olaraq ABŞ-a gəlib və azad şəkildə də ölkəni tərk edə bilər. 30 yaşlarında olan nüvə alimi 2009-cu ilin iyununda İranı tərk edib. İranın iddiasına görə, Əmiri Səudiyyə Ərəbistanına gedən zaman ABŞ kəsfiyyat agentləri tərəfindən ələ keçirilib. ABŞ belə bir iddianı rədd edir.