Hollandiya rəsmiləri İran hökumətinin Hollandiya vətəndaşı olan iranlı qadını etməsinə etiraz əlaməti olaraq Tehranla təmasları dondurublar. Bu addım Hollandiya diplomatlarının 45 yaşlı Zəhra Bəhraminin edam edildiyini təsdiqləməsindən sonra atılıb.
İran hökuməti iranlı-hollandiyalı qadını ölkəyə kokain gətirmək ittihamı ilə edam edib. Tehran ilkin olaraq Zəhra Bəhramini 2009-cu ildə anti-hökumət nümayişlərində iştirak etdiyinə görə həbsə almışdı. Röyters xəbər agentliyi bildirir ki, Bəhraminin qızı insan haqları qrupuna ittihamların qurama olduğunu və bunların onun nümayişlər zamanı həbs olunmasından sonra düzülüb-qoşulduğunu deyib.