İranda Ordu Günü qeyd olunur

  • Amerikanın səsi

İran İslam Respublikası Ordu Gününü Tehranda iri hərbi paradla qeyd edib.

Paradda nitq söyləyən prezident Mahmud Əhmədinejad deyib ki, hərbi qüvvələr İrana qarşı aqressiv məram sərgiləyən düşmənləri yerində oturtmağa qadirdir.

ABŞ və İsrail İranın nüvə proqramına qarşı hərbi ölçü götürüləcəyini istisna etməyiblər. Qərb dövlətləri İranı atom bombası istehsal etmək istəyində günahlandırır. Tehran isə ittihamları rədd edir.