İranda Şəriət qanununa əsasən qətl, zorlama, silahlı basqın və narkotik maddə alveri kimi cinayətlərə görə edam cəzası verilir
İran rəsmiləri narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan 6 nəfərin asıldığını bildirmişlər. İran mediasının bildirdiyinə görə, edam hökmü Tehrandan qərbdə yerləşən Kərac şəhərinin həbsxanasında bu gün həyata keçirilib. Qeyd edək ki, İranda İslamın Şəriət qanununa əsasən qətl, zorlama, silahlı basqın və narkotik maddə alveri kimi cinayərlərə görə edam cəzası verilir. Keçən il insan haqları təşkilatı Amnesty İnternational-ın hesabatında deyilirdi ki, dünya ölkələri arasında edam hökmünün icrasına görə İran Çindən sonra ikinci yerdə gedir.