İranda azərbaycanlı şair-jurnalist azadlığa buraxılıb

İranda azərbaycanlı şair-jurnalist azadlığa buraxılıb

Fəranək Fəridi Urmiyə gölünün qurumasına etiraz olaraq Təbrizdə keçirilən aksiyaya görə tutulub.

Azərbaycanlı şair və jurnalist Fəranək Fərid azadlığa buraxılıb. O, 42 gün idi Təbriz zindanında saxlanırdı.

Eyni zamanda tərcüməçi və qadın hüquq müdafiəçisi olan Fəranək Fəridi ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları sentyabrın 3-də Urmiyə gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq Təbrizdə keçirilən aksiyaya görə küçədə tutub aparmışdılar.

Fəranək Fəridə Təbriz zindanında işgəncələr verildiyi bildirilir.

“Media forum” saytının məlumatına görə, oktyabrın 15-də sərbəst buraxılan Fəranək Fəridin hansı şərtlərlə azad edilməsi və konkret nədə günahlandırıldığı hələlik bilinmir.