İranda ABŞ və İsrailə casusluqda şübhəli bilinən 15 nəfər həbs edilib

İranda ABŞ və İsrailə casusluqda şübhəli bilinən 15 nəfər həbs edilib

Casusluqda ittiham edənlərin kimliyi barədə məlumat verilmir.

İranda ABŞ və İsrail lehinə casusluq fəaliyyətində şübhəli bilinən 15 nəfər həbs olunub. APA Agentliyinin məlumatına görə, bu barədə İranın baş prokuroru Abbas Cəfər Dövlətabadi bildirib. Həbs olunan şəxslərin adları, hansı ölkənin vətəndaşı olması və nə vaxt həbs edilməsi açıqlanmayıb.