İranın Mahabad İnqilab Məhkəməsinin qərarı ilə 17 yaşlı azərbaycanlı fəala 1 il qəti, 3 il şərti həbs cəzası verilib.
İranın Mahabad İnqilab Məhkəməsinin qərarı ilə 17 yaşlı azərbaycanlı fəala 1 il qəti, 3 il şərti həbs cəzası verilib. APA Agentliyinin məlumatına görə, qanunsuz iclaslar keçirməkdə, dərgi nəşr etdirməkdə günahlandırılan Səhənd Nobəxti hakimiyyət əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə təqsirləndirilib.
Qeyd edək ki, azərbaycanlı gənc 2011-ci ilin avqustun 31-də həbs olunub. S. Nobəxti İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsində 1 aydan çox saxlanıldıqdan sonra zəmanətlə məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmışdı.