Siz heç kovboy olub at sürməyi və mal-qara otarmağı ağlınıza gətirmisinizmi? Bəzi şeylərdən imtina edib kovboy olmaq üçün nə etmək lazımdır? Bunun üçün sizi Kanzas ştatının Dodc şəhəri yaxınlığındakı fermaya dəvət edirik.
“Fermada yaşamaq üçün əsas üç şərtə əməl ekmək lazımdır. Lakin bu, sənin milyonçu olacağın demək deyil. Burada əsas məsələ sənin bu həyat tərzindən həzz almağındır. Vaxt haqda düşünməyin, çünki vaxtdan asılı olmayaraq, siz çox az gəlir əldə edəcəksiniz” deyə, fermanın sahibi Co Mur bildirir.
Fermanın sahibi Co Mur və onun həyat yoldaşı Nensi Kanzas ştatının Dodc şəhərindən 70 km məsafədə yerləşən qəsəbədə yaşayır. “Mənim adi günüm: səhər saat 5:30-da yuxudan durub, səhər yeməyini yeyib, tələsik evdən çıxırırıq.”
Onların120 baş Terxas Lonqhorn mal-qara saxlanılan sahə də daxil edilməklə, 600 hektar sahəsi var. Əlbəttə, burada at sürmək üçün sahə də var. “Siz mal-qara ilə hər gün məşğul olmalısınız, onlara qulluq etməlisiniz” deyə Co bildirir.
Nensi isə “Bu təkcə iş deyil, bu, həyat tərzidir, elə bizim üç oğlumuzu böyütdüyümüz kimi. Bu bizim həyatımız, kimliyimizdir” deyir.
19 yaşlı Villiam Coys Vaşinqton şəhərindən gəlib. O, fermada təcrübə keçir. “Mənim burada çox şey xoşuma gəlir. Mən burada dincəlirəm.”
O, burada hansı təcrübəni əldə edir? “Mən otun bitməsi, mal-qaraya qulluq edilməsini kimi işləri öyrənirəm. Mən burada çox işləyirəm. Ağır əmək insanda nizam-intizam yaradır və hörmət hissini aşılayır” deyə, o bildirir.
O həm də burada ferma həyatının ən vacib işlərindən bir olan iri buynuzlu mal-qaranın idarə edilməsi işini öyrənir.
22 yaşlı Elizabet Lotz da fermada işləyir. O deyir ki, atı yəhərləmək adrenlinin təsirinə bənzəyir. “Əvəllər mən atı nəzarət altında saxlamaqdan qorxurdum. Lakin bu, indi təbii baş verir. Bu, həqiqətən də gözəl bir hissdir.”
Co və Nensi Murlar artıq 14 ildir fermalarını nümayiş etdirmək üçün ziyarətçiləri buraya dəvət edir və bundan da pul qazanır.
Ferma həyatı sadə görünsə də, eyni zamanda məşğul və mənalı bir həyatdır.