İran XİN rəsmisinin fikrincə, İsrail İranla Azərbaycanın münasibətlərinə təsir göstərə bilməz
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst oktyabrın 30-da jurnalistlərə açıqlamasında İranla Azərbaycan arasındakı münasibətlərdən danışıb.
“Media forum” saytının məlumatına görə, Ramin Mehmanpərəst İsrailin Azərbaycanla İran münasibətlərinə təsiri haqda yayılan məlumatlara münasibət bildirib.
“İranla Azərbaycan arasında yaxşı və geniş əlaqələr var. Qarşılıqlı əlaqələrimiz ölkələrimizi elə bir istiqamətə yönəldir ki, bu münasibətləri daha inkişaf etdirmək üçün mövcud bütün potensial və imkanlarından istifadə etsinlər. İranla Azərbaycan öz aralarındakı münasibətlərə kənardan hər hansı təsir göstərilməsinə icazə verməməlidir.
Mediada sionist rejimin bu münasibətlərə təsir gücü ilə bağlı həddən artıq məlumat yayılır. Lakin hesab edirik ki, İsrail İranla Azərbaycanın münasibətlərinə bu qədər təsir göstərə bilməz. Hamı çalışmalıdır ki, ölkələr arasındakı əlaqələr sionist rejimin təsiri altına düşməsin”.
Trend agentliyi isə bildirir ki, cənab Mehmanpərəst həmçinin qeyd edib ki, ikinci dərəcəli əhəmiyyətə malik məsələlərdə Bakının və Tehranın baxışlarındakı müxtəliflik ikitərəfli münasibətlərə təsir etməməlidir.
O Xəzər dənizinin ekoloji problemlərinə dair suala cavab verərkən bildirib ki, məsələ Xəzəryanı dövlətlərin ciddi nəzarəti altındadır.
"Xəzəryanı dövlətlərin razılaşdırdıqları konvensiyalar mövcuddur və həmin konvensiyalara ekoloji sistemin və ətraf mühitin mühafizəsi məsələləri daxildir. Xəzərin çirklənməsi məsələsi diqqətlə öyrəniləcək və çirklənmənin qarşısının alınması üçün konkret tədbirlər görüləcək", - XİN-in rəsmi nümayəndəsi deyib və Xəzərdə çalışan neft şirkətlərinin təbiətin mühafizəsi normalarına ciddi riayət etdiklərini əlavə edib.