İranın Natanzda böyük, Qum yaxınlığında isə kiçik zənginləşdirmə obyekti var
İranın nüvə agentliyinin rəhbəri deyir ki, ölkə gələn ilin mart ayında yeni nüvə zənginləşdirmə obyektinin inşasına başlayacaq. Əli Əkbər Salehinin İran dövlət televiziyasına bildirdiyinə görə, obyekt üçün ərazilər seçilib və keçən ilin noyabr ayında digər 9 ərazi Tehran tərəfindən təsdiq olunub. O, məkan barədə heç bir açıqlama verməyib. İranın Natanzda böyük, Qum yaxınlığında isə kiçik zənginləşdirmə obyekti var. BMT Təhlükəsizlik Şurası iyun ayında İrana qarşı 4-cü raund sanksiyalar tətbiq edib. Qərb İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham etsə də, İran rəsmiləri belə bir iddianı rədd edir.