İran və Şimali Koreya raket texnologiyası haqda məlumat mübadiləsi aparır

İran və Şimali Koreya raket texnologiyası haqda məlumat mübadiləsi aparır

Məxfi BMT hesabatında deyilir ki, Şimali Koreya və iran bir qayda olaraq BMT sanksiyalarına zidd olaraq ballistik raket texnologiyaları mübadiləsi aparırlar. Diplomatların bildirdiyinə görə hazırda Çin hesabatın açıqlanmasının qarşısını alır.

Qərbli jurnalistlərin gördüyü sənəddə bildirilir ki, qeyri-qanuni informasiya diplomatların Çin olaraq müəyyən etdiyi üçüncü ölkə vasitəsilə ötürülür. Pekin hesabata şərh verməyib. Burada irəli sürülən ittihamlar sırasında Şimali Koreya və İran hava yollarına məxsus reyslərdə məlumatların ötürüldüyü də qeyd olunur.

2006 və 2009-cu illərdə raket sınaqları həyata keçirdikdən sonra BMT Şimali Koreyaya sanksiyalar tətbiq edib. İran da uran zənginləşdirdiyinə görə BMT sanksiyaları ilə üzləşir.