İran prezidenti Mahmud Əhmədinejadın Uqandanın yenicə meydana çıxan neft sektorunda qoyulacaq invetisiyanı müzakirə etmək üçün bu həftə həmin ölkəyə səfər edəcəyi deyilir. Uqandanın Xarici İşlər Nazirliyi cənab Əhmədinejadın Uqandaya cümə günü gələcəyini bildirib. Mahmud Əhmədinejadın prezident Yoveri Museveni ilə görüşəcəyi və liderlərin İranın bundan əvvəl söz verdiyi Uqandada neftayırma zavodunun inşasına yardımını müzakirə edəcəkləri deyilir. İran eləcə də BMT-nin Təhlükəsizlik Şurasında rotasiyalı yer tutan Uqandanın öz mövqeyindən istifadə edərək, İranın nüvə proqramına qarşı sanksiyaların qarşısını almasını istəyir.
Birləşmiş Ştatlar və dünyanın nüfuzlu ölkələri İranın nüvə silahı istehsal etdiyində iddia etsələr də, Tehran nüvə proqramının mülki məqsədlər üçün istifadə ediləcəyini deyir.