İran bildirir ki, BMT-nin ali nüvə rəsmilərindən ibarət heyətin məqsədi İranın nüvə obyektlərini yoxlamaq deyil, onlar İran rəsmiləri ilə danışıqlar aparmağa çalışır.
Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, məqsəd İran və Beynəlxalq Atom Energisi Agentliyi arasında dialoq əməkdaşlığa nail olmaqdır.
Onun sözlərinə görə, nümayəndə heyətinin üzvlərinin adı müfəttişlər deyil. "Bu, ekspertlərdən ibarət nümayəndə heyətidir. Agentliyin baş direktorluğunun vitse-prezidentinin rəhbərliyi altında nümayəndə heyətinin İrana səfərinin başlıca məqsədi yoxlama aparmaq deyil, məqsəd İranla agentlik arasında gələcək danışıqlar və əməkdaşlığın sxemini hazırlamaqdır"-deyə cənab Mehmanpərəst bildirib.
O deyib ki, agentliyin üzvlərinin səfəri İranın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə danışıqlara necə təsir göstərəcəyi barədə fikir bildirə bilməz.
Beynəlxalq Atom Enerji Agentliyinin nümayəndə heyəti dünən Tehrana iki günlük səfər edib.