İranın müxalifət liderləri rəsmi xəbərdarlıqlara baxmayaraq sabah Tehranda Misirdə və Tunisdəki inqilablara dəstək mahiyyəti daşıyan yürüş keçirməkdə qərarlıdırlar. İranın Daxili İşlər Nazirliyi nümayişə icazə verməyib. Rəsmilərdən biri planlaşdırılan aksiyanı “satqınların iğtişaşı” adlandırıb. Planlarla əlaqədar islahatçıların lideri Mehdi Kərrubi ev dustağı edilib. Lakin nümayişlərə çağırış həm Kərrubinin həm də başqa müxalifət lideri Mir Hüseyn Musəvinin vebsaytlarında qoyulub. Kərrubinin internet səhifəsi İran hökumətinin qadağalarını “zəiflik və qorxunun əlaməti" kimi dəyərləndirib.