İranın dövlət mediası yazır ki, naməhrəm cinsi əlaqə ittihamı ilə azərbaycanlı qadını daşqalaq cəzasına məhkum etdiyinə görə İslam Respublikasını tənqid edən Fransanın birinci xanımı Karla Bruni ölümə layiqdir. Sərt xətt təmayüllü Keyhan qəzeti şənbə günü Brunini, o, Səkinə Məhəmməd Aştianinin azadlığa buraxılmasını tələb etdikdən sonra, fahişə adlandırmışdı. İranın dövlət televiziyası həmçinin Brunini mənəviyyatsızlıqda ittiham edib. Çərşənbə axşamı yenidən İranın dövlətə məxsus televiziyası fahişə ittihamını təkrarlayıb. İranın xarici işlər nazirliyinin sözçüsü deyir ki, İslam Respublikası hökumət səviyyəsində media tənqidlərini dəstəkləmir. İran rəsmiləri hələlik Aştianinin məsələsi ilə bağlı son qərar qəbul etmədiklərini deyirlər. Lakin ölüm hökmü qüvvədə qalır və mümkündür ki, müttəhim başqa metodla edam edilsin.