İran Səkinə Aştiyaninin edamına dair reportaj hazırlamağa çalışdığına görə həbs olunmuş iki alman jurnalistin azadlığa çıxması ilə bağlı başladılan xarici kampaniya barədə xəbərdarlıq edib. Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, təzyiqlərin əks-effektləri ola bilər. O, Almaniyanı məsələni siyasiləşdirməməyə çağırıb. İran rəsmiləri iki alman jurnalisti ölkəyə turist vizası ilə daxil olmaq ittihamı ilə oktyabr ayında həbs edib. Tehran bildirir ki, onlar jurnalist kimi akkreditasiya almayıblar. Bu yaxınlarda Almaniya xarici işlər naziri Kido Vestervel və ölkənin 100-ə yaxın yüksək səviyyəli rəsmisi İranı jurnalistləri azad etməyə çağıran məktuba imza atıb. Almaniyanın həftəlik Bild am Sonntag qəzeti bildirib ki, qurumun iki əməkdaşı İrana Səkinə Məhəmmədi Aştiyaninin işini araşdırmaq üçün getmişdi.
İran iki alman jurnalistin həbsi ilə bağlı aparılan beynəlxalq kampaniya barədə xəbərdarlıq edib
Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Almaniyanı məsələni siyasiləşdirməməyə çağırıb