İran hökumətinin vətəndaşlarına qarşı repressiyaları davam edir

İran hökumətinin vətəndaşlarına qarşı repressiyaları davam edir

İran hökumətinin vətəndaşlarına qarşı repressiyaları və insan hüquqlarını pozması halları davam edir. BMT-ni son hesabatında insan hüquqlarının vəziyyətinə dair təəssüf əks etdirilib. BMT-nin baş katibi Ban Ki Mun bildirir ki, artmaqda olan təqiblər, məhkəməsiz həbslər, ədalətsiz məhkəmələr, işgəncələr,insan hüquqları müdafiəçiləri, vəkillər müxalif fəallara qarşı təzyiqlər dərin narahatlığa səbəb olub. Sənəddə deyilir ki, İranda siyasi məhbusların Mohareb(Allahsızlıq) ittihamı ilə ölüm cəzasına məhkum edilmələri halları artmaqdadır. Repressiyalara misal kimi İranın bir sıra şəhərlərində Bəhayi dininin təbliği ittihamı ilə insanların həbsi göstərilir. İranın ən böyük qeyri-müsəlman əhalisi olan Bəhayilər hökumət tərəfindən mürtədlər kimi qəbul edilir və sistematik təqiblərə məruz qalır. 2008-ci ildə hökumət 7 Bəhayi liderini həbs etmiş, 2010-cu ildə onları 10 il müddətinə azadlıqdan məhrum etmişdi. İran hökumətinin Bəhayilərə münasibəti, sufilər və xristianlar kimi digər dini azlıqlara qarşı repressiyaları İranın İnsan Hüquqlarına Dair Universal Bəyannamənin şərtlərinə əməl etməməsinə sübutdur. İran din, vicdan və ifadə azadlığını əsas götürən bu sənədi ratifikasiya edib.

BMT-nin baş katibi Ban Ki Munun hesabatında deyilir ki, İranın səlahiyyətli nümayəndələrinin Bəhayiələrə qarşı repressiyaları haqda daha əhatəli məlumat əldə edilməsi üçün BMT-nin İnsan Hüquqları Şurası İran üzrə xüsusi məruzəçi təyin etməlidir. ABŞ İsveç, Zambiya, Maldiv və digər tərəfdaşları ilə mart ayının sonunda şurada səsə qoyulması üçün bu vəzifənin təsisi üzərində işləyir.

Bu yaxınlarda Cenevrədə danışan ABŞ dövlət katibi Hillari Klinton deyib ki, pozitiv nəticələr BMT-nin İnsan Hüquqları Şurasının insan hüquqlarının müdafiəsi qabiliyyətini artırmaqla yanaşı, pozuntulara yol verənləri cavabdeh saxlayacaq. “İranda insan ləyaqətini inkar edənlər azadlıq və ədalət carçılarının qəzəbinə layiqdir”-deyə Hillari Klinton bildirib.