İranın Britaniya ilə əlaqəli kürd qrupuna mənsub olan və beş sui-qəsd həyata keçirməkdə şübhəli bilinən dörd nəfər həbs edib. İranın Kəşfiyyat Nazirliyi bu gün deyib ki, şübhəli şəxslər müxalif Komala adlı kürd silahlı qrupunun bir hissəsidir və Catil Fəttahi adlı komandir tərəfindən idarə olunurlar. Nazirlik Fəttahın Britaniyada yaşadığını bildirib. İran rəsmiləri sui-qəstə dair təfsilat verməyib. Komala on illərdir İranın İraqla sərhəddəki kürd regionlarında qiyama dəstək verir. İran rəsmilərinin bildirdiyinə görə Britaniya casus əməliyyatı həyata keçirmiş və İrana qarşı çıxan terrorçu qruplarını maliyyələşdirmişdir. Ötən ay presedenti olmayan çıxışda Britaniyanın MI-6 kəşfiyyat agentliyinin rəhbəri İran kimi dövlətlərin beynəlxalq hüquq öhtəliklərinin əleyhinə nüvə silahı istehsalının qarşısını almaq məqsədi ilə kəşfiyyat əməliyyatlarının vacibliyini müdafiə etmişdi.
Britaniya casus əməliyyatı həyata keçirmiş və İrana qarşı çıxan terrorçu qruplarını maliyyələşdirmişdir