İran Boliviyaya 250 milyon dollar həcmində kredit ayırıb. İranın Sənaye və Şaxtaçılıq naziri Əli Əkbər Mehrabyan mətbuat konfransında elan edib ki, o, razılaşmanı La Paz şəhərində Boliviya rəsmiləri ilə imzalayıb. Kreditin istifadəsinə məhdudiyyət yoxdur. Lakin Mehrabyan vəsaitlərin mineral axtarışı və toxuculuq sənayesinin inkişafına sərf oluna biləcəyini bildirib. Boliviya prezidenti Evo Morales bəyan edib ki, İnkişaf və Planlaşdırma naziri Viviana Karo sentyabrın sonunda İran rəhbərliyinə kreditə görə təşəkkür etmək üçün həmin ölkəyə səfər edəcək.