İran BMT-nin ittihamlarını kəskin tənqid edib

İran BMT-nin ittihamlarını kəskin tənqid edib

İran rəsmiləri BMT-nin İranın nüvə proqramından hərbi məqsədlər üçün istifadə etdiyinə dair iddialarını kəskin tənqid edib. İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki təmsilçisi Əli Əsgər Soltaniye iddiaların əsassız olduğunu və agentliyinin təftişinin onun reputasiyasına xələl gətirməkdən başqa təsirə malik olmayacağını deyib.Dünən BMT-nin nüvə agentliyi İranın nüvə proqramından hərbi məqsədlərlə istifadə etdiyinə dair yeni məlumat əldə edildiyini bildirmişdi. Sənədlər İranın uran zənginləşdirilməsi proqramı genişləndirdiyini göstərir. ABŞ və onun müttəfiqləri İranı nüvə proqramı əldə etməkdə günahlandırır. Obama administrasiyası 1996-cı il qanununa zidd olaraq İranı təkmilləşdirilmiş neft məhsulları ilə təmin edən 7 xarici şirkətə sanksiya tətbiq edib.