İranın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ prezidenti Barak Obama ələ keçiriklən pilotsuz təyyarəni geri istəmək əzəvinə təyyarəni İrana göndərdiyinə görə üzr istəməlidir.
Dekabr ayının 4-də İran ölkənin şərqində, Əfqanıstan yaxınlığında pilotsuz casus təyyarəsini vurub saldığını bildirmiş, bundan sonra isə həmin təyyarəni televiziya ilə nümayiş etdirərək, onun gizli texnologiyasının müəyyən edilməsinə yaxın olduğunu demişdi.
ABŞ prezidenti Obama dünən keçirilən mətbuat konfransında İrana müraciət edərək, təyyarənin geri qaytarılmasını tələb etmişdi. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə deyib ki, prezident Obama beynəlxalq casus əməliyyatının qanunlara zidd olduğunu və İranın hava məkanı qaydalarının pozulduğunu unudur.