İranın nüvə agentliyinin rəhbəri ölkəsinin nüvə obyektlərini monitorinq edəcək müfəttişləri özünün seçmək haqqı olduğunu deyib
İranın nüvə agentliyinin rəhbəri ölkəsinin nüvə obyektlərini monitorinq edəcək müfəttişləri özünün seçmək haqqı olduğunu deyib. İSNA xəbər agentliyi Əli Əkbər Salehiyə istinadən bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinə yanlış məlumat verən iki müfəttişi rədd edib. Atom Enerjisi Agentliyi isə bu iddiaları rədd edərək, İranın seçim tələbinin agentliyin işinə maneə yaratmaq məqsədi daşıdığını bildirir. Agentlik son iki il əzrsində İranın mümkün gizli nüvə fəaliyyətləri barədə hesabat verməkdən boyun qaçırdığını deyir. Ağ Ev Beynəlxalq Atom Enerjisi Agentliyinin bildirişinin İranın nüvə silahı əldə etmək cəhdini nümayiş etdirdiyini bidlirir.