İran Avropa İttifaqının sanksiyasını ölkəni ləkələmək cəhdi kimi qiymətləndirib

İran Avropa İttifaqının sanksiyasını ölkəni ləkələmək cəhdi kimi qiymətləndirib

İran Avropa İttifaqının 3 İran rəsmisinə qarşı sanksiyasını ölkəni ləkələmək cəhdi kimi qiymətləndirib. Qurum həmin şəxslərin Suriyada demokratiya tərəfdarlarına qarşı respessiyalara yardım etməkdə günahlandırıb. 27 üzvlü Avropa İittifaqı İranın İnqilab Qvardiyasının 3 komandirinin bank hesablarını dondurub, onlara qarşı səyahət qadağası tətbiq edib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İranın Suriyanın daxili işlərinə müdaxilə etdiyini inkar edib. O, Avropa İttifaqının reallığı təhrif etdiyini deyib. Suriya qurumun ölçüsünü müharibə əməli adlandıraraq, İrandan yardım almadığını bildirib.