ABŞ İranın xəbərdarlığına məhəl qoymur

  • Amerikanın səsi

ABŞ İranın xəbərdarlığına məhəl qoymur

ABŞ silahlı qüvvələri bildirir ki, Amerika hərbi gəmiləri iran Körfəzindəki mövcudiyyətini davam etdirəcək. Pentaqon sözçüsü Corc Littl onillərlə olduğu kimi ABŞ hərbi gəmilərinin İran Körfəzinə mütəmadi gəlməkdə davam edəcəyini bildirib.

Donanma sözçüsü bildirib ki, ABŞ qlobal kommersiya yollarının açıq qalmasını təmin etmək üzrə öhdəlik götürüb.

Hörmüz boğazı yaxınlığında hərbi təlimlərini başa vurandan bir gün sonra İran deyib ki, ABŞ Hərb Dəniz Donanmasının təyyarədaşıyıcı gəmisi İran Körfəzinə qayıda bilməz. İranın ordu komandanı Ataulla Salehi bu gün İranın bu barədə xəbərdarlığını bir daha təkrar etməyəcəyini desə də, ABŞ hərbi gəmisinin adını çəkməyib.

Birləşmiş Ştatların Bəhreyndə yerləşən 5-ci Donanması sözçüsünün bildridyinə görə, USS Con C. Stens gəmisi Hörmüz boğazından əvvəlcədən planlaşdırılmış cədvələ uyğun çıxıb.

İran nüvə proqramına qarşı sanksiyalar həyata keçirildiyi təqdirdə neft məhsullarının daşındığı strateji Hörmüz boğazını bağlamaqla hədələyib. ABŞ İranın bəyanatlarını rədd edərək körfəzdə ticarət işlərini danaydırmayacağını deyib.