"Düşmənçiliyi də kişi kimi edin!" [Video]

Your browser doesn’t support HTML5

Həbsdə olan insan hüquqları müdafiəçisi Arif Yunusun qardaşı Ramiz Yunus Amerikanın Səsinə danışır

Ramiz Yunusun müsahibəsindən çıxarışlar:

“Qardaşımla 3 ay öncə, həbs olunmamışdan əvvəl danışmışdım. Ondan sonra onunla heç bir əlaqəm olmayıb.”

“Hazırda Arif Milli Təhlükəsizlik Nazirliyində saxlanılır. Onunla yalnız vəkili görüşür. Onun mənə dediyi yegənə şey qardaşımın sağ olmasıdır.”

“Avropa Şurasında Leyla Yunusla bağlı müzakirələr və tənqidlər olduğu vaxt Yaqubov adlı bir mayor Leyla Yunusu kameradan çıxararaq, heç kimin olmadığı yan kameraya aparıb. Əlləri bağlı, 60 yaşlı qadını, elmlər doktorunu saçından tutub başını yerə vurub, ayaqları ilə onu döyüb.”

“Yunuslarla bağlı Dövlət Departamentində keys açılıb. Keys onlar azad edilməyincə bağlanmayacaq.”

“Bu səviyyədə söhbətlər elə-belə deyil. Bu tədbirlərin hamısı mesajdır. “

“Bəlkə siz istəyirsiniz Çauşeskonun taleyini yaşamaq? Bəlkə siz Qəzzafinin taleyini yaşamaq istəyirsiniz? Ya da Səddam Hüseynin? “

“Mən Azərbaycan vətəndaşlığından imtina etməmişəm, edən də deyiləm. Çünki bu vətəndaşlıq mənə atamdan, anamdan, vətənimdən verilən bir şeydir. Mən Azərbaycanda doğulmuşam. Mənə bu vətəndaşlığı nə Heydər Əlieyev, nə İlham Əliyev, nə də başqası verib.”

“Düşmənçilik edəndə də kişi kimi edin!”