Ramin Cabbarli:İranda prezident seçkiləri ilə bağlı azərbaycanlılar da ümumi boykot fikrini dəstəkləyir

Your browser doesn’t support HTML5

İran prezident seçkilərində namizədlərin əsas etibarilə sərt xətt tərəfdarı kursu təmsil etdiyi bildirilir. Müşahidəçilərin fikrincə, seçici fəallığının aşağı olacağı gözlənilir. Təhlilçilər iqtisadi tənəzzül, koronavirus pandemiyasının yayılması və ölkədə son illər vətəndaşların hökumətdən narazılıqların artması fonunda keçirilən seçkilərdə seçici fəallığının aşağı olacağını gözlədiklərini bildirir. İranda prezident seçkiləri həmçinin ABŞ və İran arasında 2015-ci il nüvə sazişinin canlandırılması ilə bağlı danışıqların davam etdiyi vaxta təsadüf edir. Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə İranda prezident seçkilərində namizədlərin siyasi platforması, İran Azərbaycanında seçki öncəsi əhval-ruhiyyə və ölkədə siyasi-iqtisadi durumu şərh edir.