ABŞ səfirliyi Ramazan bayramı münasibəti ilə təbrik yayıb

Azərbaycanda Ramazan bayramı qeyd edilir

ABŞ-ın Azərbaycandakı səfirliyi bütün azərbaycanlıları və dünyada Ramazan bayramını qeyd edənlərləri müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində deyilir.

“Müsəlman amerikalılar ABŞ dövləti təsis olunan ildən etibarən Amerika ailəsinin bir hissəsi olub. Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz həmçinin bütün insanlara və bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan Bayramınız Mübarək!”, səfirliyin təbrikində qeyd edilir.