Dünya müsəlmanları Ramazan ayının başlamasını qeyd edir

Misirdə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları Qahirənin Nəsr şəhərində məsciddə namaz qılır.

İndoneziyada Şimali Sumatra bölgəsində Medan şəhərində islam məktəb şagirdləri müqəddəs Ramazan ayının başlaması münasibətilə birlikdə Quran oxuyur.

Livanda Beyrut məscidində Quran oxunur.

İndoneziya paytaxtı Cakartada müsəlman qadınlar İstiqlal məscidində dua edir.

Suriya paytaxtı Dəməşqdə müqəddəs Ramazan ayının başlaması münasibətilə qapalı bazarda aılş-veriş edir.

Fil Dişi Sahilində Ramazan münasibətilə alış-veriş.

Yəməndə qızlar Ramazan ayının başlaması münasibətilə paytaxt Sənada milli geyimdə təntənələrdə iştirak edir.

Türkiyədə hökumət əleyhinə nümayiş iştirakçıları müqəddəs Ramazan ayının ilk günü iftardan öncə  İstanbulun İstiqlal caddəsində toplaşıb.

Mərakeş paytaxtı Rabatda bazarda Ramazan ayı münasibətilə ənənəvi şirniyyatlar satılır.

Fələstinli qadın İordan çayının Qərb sahilində Nablus şəhərində Ramazan ayı münasibətilə ənənəvi dekorativ bəzək əşyaları alır.

Əfqanıstan paytaxtı Kabildə müqəddəs Ramazan ayı münasibətilə ənənəvi şirniyyatlar hazırlanır.

Fələstinlilər müqəddəs Ramazan ayında namazdan əvvəl Qüdsdə Əl-Aqsa məsci qarşısında.

İndoneziya paytaxtı Cakartada müsəlman din xadimləri müqəddəs Ramazan ayının başladığını müəyyən etmək üçün səmada təzə Ayın görünüb-görünmədiyini yoxlayır.

İsrailin təhlükəsizlik qüvvələri Qüdsün Qədim Şəhər hissəsində küçələrə nəzarət edir.

Bəhreyndə ölkənin qərbində yerləşən Karzakan kəndinin sakinləri İran körfəzi üzərində səmada təzə Ayın çıxıb-çıxmadığına baxır.