Tədbirdə 600 nəfərdən artıq müxtəlif türk xalqlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər
ABŞ paytaxtı Vaşinqtonda türk diaspor təşkilatı olan Amerika-Turkiyə Dostluq Assosiasiyası Ramazan ayının bitməsi münasibətilə bir sıra tədbirlər keçirib. Bazar günü təşkilatın sponsorluğu ilə Ramazan bayramı bayram naharı və konsertlə qeyd olunub.
ATFA-da azərbaycanlı icmanın rəhbəri və proqram direktoru vəzifəsində çalışan, Avrasiya-Amerika Mədəniyyət Assosiasiyasının icraçı direktoru cənab Nadir Şəfiyev tədbirin təşkilati işlərdə çox fəal olub.
Onun dəvəti və təşkilatçılığı ilə paytaxt Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı icmasının nümayəndələri bayram tədbirlərini türk icması ilə birgə qeyd ediblər.
Tədbir səhər vaxtı bayram namazının qılınması ilə başlayıb. Daha sonra müsəlmanlar digər təriqətlərin nümayəndələri ilə birlikdə səhər yeməyi yeyiblər. Tədbir icma nümayəndələrinin birgə bayram naharından sonra axşam saatlarında bayram konserti ilə davam edib.
Təxminən 600 nəfərdən artıq müxtəlif türk xalqlarının və yerli sakinlərin qatıldığı bayram konserti paytaxt Vaşinqtondan 20 km aralıqda yerləşən Virciniya ştatının Şimali Virciniya İctimai Kollecinin mədəniyyət mərkəzində təşkil olunub.
Konsert ATFA-nın icraçı rəhbəri cənab Tarik Əhməd İlhanın giriş nitqi ilə başlanıb. Konsertdə Türkiyədən gəlmiş teatr sənətinin nümayəndələri Fırat Paşayigit, Serkan Öztürk Savaş və sənətçi Süleyman Erkişi tədbirə gələn uşaqları əyləndirmək üçün müxtəlif programlarla çıxış ediblər.
Birləşmiş Ştatların müxtəlif ştatlarında mövcud olan türk diaspora təşkilatları Novruz bayramını, müxtəlif dini və mədəni tədbirləri keçirilməkdə xüsusi fəallıq nümayiş etdirirlər.
Xatırladaq ki, türk diaspora təşkilatları müxtəlif tədbirlərin keçirilməsində və təşkil olunmasında yeni qurulan Azərbaycan diaspor təşkilatlarına təcrübə mübadiləsi ilə yardım göstərir və onlarla yaxından əməkdaşlıq edir.