İraqın hökumət qüvvələri İslam Dövləti yaraqlılarını sünnilərin məskunlaşdığı Ənbar vilayətindən çıxarmağa çalışır. Vilayətin ötən ildən yaraqlıların əlinə keçən Ramadi şəhəri ətrafında qızğın döyüşlər gedir.
İraqın çevik qüvvələrinin komandiri, briqada generalı Muaud Həmidin dediyinə görə, döyüşlər evbəev aparılır. O, Əl-Houz bölgəsində 40-a yaxın evin təmizləndiyini bildirib.
İraqın baş naziri Heydər Əl-Əbədi ötən həftə Ənbar vilayətindəki qüvvələrə baş çəkərək, İslam Dövləti yaraqlılarına qarşı əməliyyatlara start verilməsinə sərəncam verib.
İslam Dövləti yaraqlılarının Tikrıtdan çıxarılmasından sonra şiə döyüşçülər sünnilərin evləri və şirkətlərinin talançılığında günahlandırılmışdı.
İraq hökumətini İslam Dövlətindən azad edilən bölgələrdə qanunun aliliyini təminat altına almasına çağırıram
BMT-nin baş katibi Ban Gi Mun bazar günü Qətərdə etdiyi çıxışı zamanı vəziyyətin hökumətin nəzarətində olmalarının vacibliyini vurğulamışdı.
“İraq hökumətini İslam Dövlətindən azad edilən bölgələrdə qanunun aliliyini təminat altına almasına çağırıram.”
Kral Birliyi Xidmətləri İnstitutunun təhlilçisi Əfzal Əşrəf bildirir ki, şiə yaraqlıların təlimlərlə təmin edilməsi və onların dəstəklənməsində İran böyük rol oynayır.
“İran İslam Dövlətinin yalnız Badad və Nəcəf deyil, bir çox müqəddəs şəhərləri ələ keçirəcəyi barədə xəbərdarlıq verib.”
Əşrəf şiə yaraqlılara İran generalı Qasım Süleymanınin başçılıq etdiyini, lakin nizamsızlığın hökm sürdüyünü deyir.
“Orduda nizamsızlıq və məsuliyyətsizlik hökm sürür. İran əlindən gələni etməyə çalışacaq. Lakin tam nəzarətə malik olmadığı üçün bu, asan olmayacaq.”
İran və Qərb bu ayın əvvəlində nüvə proqramına dair razılıq əldə edib. Sabiq diplomat Mehrdad Xonsarinin dediyinə görə, İran məhz bu mövqedən irəliləməlidir.
“İran İslam Dövlətini İraq və Suriyada çıxarmaqla Qərbin gözündə daha pis görürən şiə yaraqlıların onları əvəz edəcəyi təsəvvürü yaratmamalıdır.”
Ənbər vilayətində döyüşlər aparan İraq qüvvələrinə ABŞ İslam Dövlətinin mövqelərinə qarşı hava zərbələri ilə dəstək verir.