İftar süfrəsi baha başa gəlir [Video]

Your browser doesn’t support HTML5

Müqəddəs Ramazan ayı artıq start götürüb və möminlər İslamın beş vacib şərtindən biri olan orucu tutur. Amerikanın Səsi dünyanın müxtəlif yerlərində müsəlmanların iftarı necə açmasından danışır.

Dünyadakı təxminən 1.5 milyard müsəlmanın əksəriyyəti müqəddəs Ramazan ayında günəş doğandan qürub edənə qədər oruc tututr. “Amerika İslam Əlaqələri Şurası”ndan İbrahim Huper yeməklə suyun mənəvi dəyərlərindən söhbət açır. “Bu, imkansızlara, yemək və içməyi olmayanlara qarşı şəfqətli olmağı öyrədir. Əgər siz bunun nə olduğunu bilsəniz, lazım gəldikdə ehtiyacı olana yadım edəcəksiniz.”

Hər gün günəş qüruba gedəndə insanlar iftarlarını açır. Bu bosniyalı ailə kimi çoxları ailəsi və yaxınları ilə birlikdə yeməyə oturmaq üçün iftarı gözləyir.

Sudanın Xartum şəhərinin sakini Fatma Məhəmməd Assida hazırlayır. “Assida Ramazan ayında iftarın açılması üçün ən vacib yeməkdir. İftar açarkən birinci bu yemək yeyilməlidir, çünki bu, dadlı və xeyirlidir. Bu yemək qarğıdalı unundan hazırlanır.”

Ramazan ayı adətən ərzağın qiyməti artır. Pakistanın Svat vadisində qiymətlər iki dəfə artıb. “Keçən illə müqayisədə bu il qiymətlər 50 faiz artıb. Ramazan ayı isə qiymətlər daha da artır və bu, bizim ticarətimizə böyük təsir edir” deyə, Xeyir-ül Bəşər bildirir.

Suriyanın şimalında, kürdlərin çoxluq təşkil etdiyi Qamışlı şəhərinin sakinləri də bahalıqdan şikayət edir. “Burada hamı imkanlı deyil. Meyvə və tərəvəz çox bahadır. Pomidor, xiyar çox bahadır. Qiymətlərə nəzarət edən yoxdur. Qiymətlərə nəzarət olmalıdır, əsasən də çaya, kofeyə, şəkərə.”

Bütün bunlara baxmayaraq, çox vaxt yaxınların yardımı ilə də olsa, bu müqəddəs günlərdə insanlar bir araya gəlməkdən zövq alır.