Dünya müsəlmanları Ramazan bayramını qeyd edir [Fotoqalereya]

Dünya müsəlmanları Ramazan bayramını qeyd edir

Bu gün dünya müsəlmanları Eyd Əl-Fitri - müqəddəs Ramazan bayramını qeyd edir.
Əhalisinin çoxu müsəlmanlar olan İndoneziyada dindarlar bayramı qeyd etmək üçün məscidlərə toplaşıblar.

Misirin müvəqqəti liderlərinin paytaxt məscidində bayram ibadətinə qatıldığı bir vaxt, minlərlə insan Ramazanı Qahirənin Təhrir Meydanında qeyd edib. İslamın müqəddəs ibadətgahlarının yerləşdiyi Səudiyyə Ərəbistanında, Suriyada və Malayziyada da Ramazan bayramı qeyd edilir.

Eyd əl Fitr Ramazan ayında paklığa qovuşduran orucluğun sonunu qeyd edir ki, bu da İslamın beş əsas ayinlərindən biri sayılır. Müqəddəs ay ərzində dindar müsəlmanlar sübh çağından gün batanadək heç nə yemir və içmirlər.

Birləşmiş Ştatlar prezidenti Barak Obama dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib və bu bayramın "bərəkət və birlik" bayramı olduğunu deyib.