Səudiyyə Ərəbistanlı bloqer Saxarov mükafatına layiq görülüb

Avropa parlamenti Səudiyyə Ərəbistanından olan bloqer Raif Badavini Saxarov mukafatına layiq görüb. Bloqer müsəlman din xadimini təhqir etdiyinə görə 10 il həbs və 1000 şallaqla cəzalandırılıb.

Avropa parlamentinin prezidenti Martin Şulz mükafatı cümə axşamı günü elan edib. O, bildirib ki, Badavinin həbs edilməsi işgəncədir və Səudiyyə Ərəbistanında ən qəddar həbsdir.

Şulz deyib ki, o, Səudiyyə Ərəbistanının kralı ilə telefon danışığında Badavinin bağışlanmasını və dekabr ayında Strasburqa səyahət edib mükafatını ala bilməsi üçün azad edilməsini istəyib.

Raif Badavi 2012-ci ildə qurduğu vebsayt vasitəsilə siyasi və dini debatlar apardığı üçün həbs edilib.

Badavinin vəziyyətinin ağır olduğu bildirilir. Ona 1000 şallaqdan 50-ni 2015-ci ilin yanvar ayında vurulub.

Saxarov mükafatı Sovet dissidenti Andrey Saxarovun adını daşıyır və Avropa Parlamenti tərəfindən insan haqları və azadlıqlar uğrunda mübarizə aparan şəxslərə və təşkilatlara verilir.