MHİ qətlin tənqidi düşünənləri qorxutmağa, onları hökumətdə baş verənlər barədə diskussiyalar aparmaqdan, düşüncələrini açıq ifadə etməkdən çəkindirməyə xidmət etdiyini bildirir.
Media Hüququ İnstitutu (MHİ) tanınmış publisist-yazar Rafiq Tağının qətlə yetirilməsindən 10 aya yaxın vaxt ötməsinə baxmayaraq cinayətin üstünün hələ də açılmamasını, istintaq-əməliyyat qrupunun araşdırmalar barədə ictimaiyyətə bilgi verməməsini qınayır.
MHİ-nin bu gün yaydığı bəyanatda deyilir ki, ictimai müzakirələrə təkan verən kəskin yazıları ilə tanınan, bu yazılarına görə bir vaxtlar cinayət cəzası alan Rafiq Tağı 19 noyabr 2011-ci il tarixdə kimliyi bilinməyən şəxslər tərəfindən bıcaqlanıb. Həkimləri R.Tağının ölüm təhlükəsinin olmadığını desələr də, davamlı olaraq ölümlə təhdid olunan publisist-yazar noyabrın 23-də müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib. Qətllə bağlı 2011-ci ilin noyabrında qəsdən adam öldürməyə görə cinayət işi açılıb. “Respublikanın Baş Prokuroru cənab Zakir Qaralov istintaqa şəxsən nəzarət edəcəyini bəyan edib. Qətlin istintaqı ilə bağlı hüquq mühafizə qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə xüsusi qrup da yaradılıb. Qətldən 10 aya yaxın vaxt ötsə də, cinayət hadisəsinin araşdırması ilə bağlı hələ də yenilik yoxdur. Publisist-yazarın qatilləri tapılmayıb”, - deyə sənəddə bildirilir.
Qətl hadisəsini araşdıran xüsusi qrup yalnız bir neçə ay öncə qısa açıqlama verərək araşdırmaların davam etdiyini bildirib. İctimaiyyətə araşdırmaların detalları ilə bağlı heç bir bilgi verilməyib. “Mərhum yazarın yaxınları, vəkilləri dəfələrlə istintaqın ləng aparılmasından, araşdırmaların gedişi ilə bağlı onlara belə bilgi verilməməsindən narazılıqlarını bildirib” - bəyanatda deyilir.
MHİ qeyd edir ki, jurnalistlərin, yazarların bütün qətl hallarını, eləcə də zorakılıq aktlarını və onların ünvanına yönələn fiziki hədələrin təhqiqatını aparmaq hər bir hökumətin vəzifəsi, borcudur. Belə olayların qısa müddətdə, effektiv araşdırılması zərurəti jurnalistlərin şəxsi haqlarından əlavə, demokratiyanın ifadə azadlığına vaz keçilməz tələbatından irəli gəlir. “Jurnalistlərin, yazarların ölüm hallarının cəzasız qaldığı ölkələrdə demokratiya və hüququn aliliyi prinsiplərindən danışmaq çox çətindir. Rafiq Tağının qətlinin istintaqında yeniliklərin olmaması təəssüf doğurmaqla yanaşı, cinayəti araşdıran qurumların effektiv fəaliyyəti ilə bağlı ciddi narahatlıqlar yaradır. MHİ belə narahatlıqların tənqidçi yazarların, toplumun tənqidi düşünən kəsiminin gözünü qorxutmağa, onları cəmiyyətdə, hökumətdə baş verənlər barədə diskussiyalar aparmaqdan, öz düşüncələrini açıq ifadə etməkdən çəkindirməyə xidmət etdiyini vurğulayır.
“Media Hüququ İnstitutu hökumətə, olayı araşdıran hüquq mühafizə orqanlarına müraciət edərək istintaqın hərtərəfli və effektiv aparılmasını, ən qısa zamanda qatillərin ədalətli məhkəmə qarşısına çıxarılaraq məsuliyyətə cəlb edilməsini, istintaqın gedişi ilə bağlı ictimaiyyətin dolğun məlumat almasını təmin etməyə çağırır”, - bəyanatda qeyd edilir.
Yazıçı-publisist Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı Amerikanın Səsi radiosuna bildirib ki, bıçaqlanması "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsinin dərcindən sonra baş verib. Yazıçı 2006-cı ildə “Sənət” qəzetində nəşr olunan "Avropa və biz" məqaləsindən sonra Azərbaycan məhkəməsinin hökmü ilə həbs edilib və bir neçə aylıq həbsdən sonra prezident tərəfindən əfv olunub. Bu məqalədən sonra həm də iranlı ayətulla Fazil Lənkərani yazıçının ölümünə fətva verib. Rafiq Tağının qətlindən sonra isə Fazil Lənkəraninin (o vəfat etmişdi) oğlu ayətulla Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində "İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə allah tərəfindən böyük mükafat olacağını" yazıb.