Qərbi Azərbaycan vilayətində hər il 500-dən çox adam yol qəzalarında həyatını itirir

Qərbi Azərbaycan vilayətində yol qəzalarında həyatını itirənlərin sayı ötən illə müqayisədə 28% artıb.

Bu haqda İRNA xəbər agentliyi məlumat yayıb.

İRNA-ya müsahibəsində polkovnik Kamal Hüseyinzadə vilayətdə ölüm hadisələrinin sayının keçən ilə rəğmən artdığını söyləyərək, bu vilayətdə yol qəzalarının hər ay 30-40 nəfərin həyatına son qoyduğunu bildirib.

2017-ci ildə İranda yol qəzalarında ümumilikdə 16,000 adam ölüb.

O, vilayətin yollarında lazımi işarələrin olmamasının avtomobillərin yoldan çıxmasına səbəb olduğunu söyləyib.

Hər il Qərbi Azərbaycanda yol-nəqliyyat qəzalarında 500-dən çox insan ölür.

Qərbi Azərbaycanda 12,000 km-dən çox yol var, 8500 km kənd və qalan əsas yol, dolayı və magistral yollar var.

İran Yol Polisi komandiri Məhəmməd Hüseyn Həmidi bütün ölkədə 40-50 adamın hər gün yol qəzası nəticəsində həyatını itirdiyi bildirmişdi. Həmçinin İran Polis İnformasiya Mərkəzinin 2017 ilinə aid statistikasına görə, bir il ərzində 16,000-dən çox insanın yol qəzalarında öldüyü bildirilir.