ABŞ-da bir startap şirkəti qəhvə dənəsini tərs mühəndislik üsulu ilə emal edib və eyni tamda imitasiya qəhvəsi istehsal edib. Bu, qəhvə dənələrinə sərf olunan zaman, pul və ətraf mühitə təsir olmadan edilib. Atomo Coffee ötən ilin mart ayında Kickstarter adlı onlayn kraudfandinq yolu ilə 25 min dollar pul toplayıb. Altı ay sonra Honq Konqun müəssisə kapitalı şirkəti Atomo Coffee-yə 2.6 milyon dollarlıq sərmaye qoyub. Şirkət bu ilin əvvəlində soyuq sıxma üsulu ilə əldə olunan məhsulun satışa hazır olacağına ümid edir.
Sietl şəhərində qərargahlanan Atomo Coffee şirkəti iki dost tərəfindən təsis edilib. Onlardan biri qida alimidir və qəhvələrin dadındakı dəyişkənlik onu narahat edirdi.
“Mən özüm atomdan qəhvə düzəldə bilib-bilməyəcəyimi yoxlamaq istədim. Molekulyar şəkildə hazırlayıb qəhvənin dadının davamlı olaraq möhtəşəm olmasını təmin etmək istədim”, Carret Stopfors deyir.
Qəhvə dənəsinin nədən ibarət olduğunu tədqiq edib, onu hazırlamaq ideyası Carretin qarajında yaranıb. Başda onun dostu Andi Kleit bu fikrə skeptik yanaşırdı.
“Caret mənə qəhvəni qəhvə dənəsi olmadan hazırlmaq fikrini irəli sürəndə mən ‘belə bir şey heç mümkündürmü? Bunu nə üçün və necə edək’ - deyə, düşündüm. Sonra biz Sietlda qışın ortasında onun qarajına gedib, bir fincan qəhvəni tədqiq etməyə başladıq”, Andi deyir.
“Biz qəhvənin içindəki bütün tərkib hissələri, aromatın nə olduğunu, maye tərkib hissələrinin nə olduğunu müəyyən və bunların hər birini çıxarma modeli adlandırdığımız üsulla edirik. Biz qəhvəni hissələrə ayırır və daha sonra onları qəhvə alınanadək geri əlavə edirik”, Caret söyləyir.
Müxtəlif qəhvələrin dadına baxan Viktoria Ekston sonunda seçimini edir.
“Mənim üstündə narıncı işarə olan xoşuma gəlir. Məncə onun tamı daha yaxşı, daha axıcıdır”, o deyir.
“Sizin seçdiyiniz qəhvə Atomo qəhvəsidir”, Andi cavab verir.
“Bunun qəhvə dənəsi olmadan hazırlanması məni heyrətləndirdi”, Met Raynhart söyləyir.
Bəs imitasiya qəhvə həqiqətən də qəhvədirmi?
“Biz qəhvəni qəhvə dənəsindən hazırlandığı kimi hazırlayırıq, sadəcə olaraq qəhvə dənəsindən istifadə etmirik”, Caret deyir.
Atomonun müsbət tərəfi ətraf mühitə təsirinin çox az olmasıdır.
Ötən il ABŞ-ın qəhvə ticarəti qurumunun başçısı deyib ki, qəhvə qiymətləri fermlerləri dolanışıq əldə etmək üçün yağış meşələrindəki ərazilərdən istifadə etməyə məcbur edir.
Qəhvə dənələri yağış meşələri kimi tropik ekosistemlərdə yetişir. Bu meşələr isə planeti istiləndirən karbon dioksidi atmosferdən çıxarmaqda böyük rol oynanır.