Avqustun 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin həkimləri 1 saylı Balı İstintaq Təcridxanasında 17-ci gündür aclıq aksiyası keçirən realliq.info saytının redaktoru İkram Rəhimova baş çəkib.
Bu barədə jurnalsitin ailə üzvləri Amerikanın Səsinə bildirib.
SEE ALSO: JMK: Azərbaycan hakimiyyəti jurnalistlər İkram Rəhimov və Polad Aslanovu dərhal azadlığa buraxmalıdır“İkram bu gün evə zəng etmişdi.O Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimlərinin ona baş çəkdiyini bildirdi. Dedi ki, sağlamlıq durumu kritikdir, baş gicəllənməsindən ayağa qalxa bilmir, ayağının biri tutulub,” ailə üzvü jurnalistə istinadən qeyd edib.
Onun szölərinə görə, İkram Rəhimov aclığı davam etdirəcəyini deyib.
“Avqustun 28-də məhkəmə iclası davam etdiriləcək. Əgər məhkəmə onun azadlığa buraxılması barədə qərar qəbul etməsə ölənədək aclığı davam etdirəcəyini bildirdi,” ailə üzvü İkram Rəhimova istinadən qeyd edib.
İkram Rəhimov avqustun 7-də Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclasında məhkəmədən müdafiə tərəfinin təkrar məhkəmə istintaqı haqqında vəsatətini təmin etməisini xahiş edib. Məhkəmə müdafiə tərəfinin və jurnalistin vəsatətlərini təmin etməyib.
Onun sözlərinə görə, bütün məhkəmə materialları saxtalaşdırılıb. Bu səbəbdən İkram Rəhimov "qanunsuz" cinayət təqibinə son qoyulması tələbi ilə avqustun 7-dən aclığa başlayıb.
SEE ALSO: İkram Rəhimov məhkəmə heyətinə etiraz edibAvqustun 21-də keçirilən məhkəmə iclasında məhkəməyə etibar etmədiyini bildirən Rəhimov hakim heyətinə etiraz edib. Bununla əlaqədar məhkəmə iclası avqustun 28-nə təxirə salınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi İkram Rəhimovun aclıq etdiyini təsdiq edib.
“O, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittihamı ilə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bildirib.
İyunun 12-də məhkəmə onu 5.5 il müddətinə azadlıqdan məhrum edib.
Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.