Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev məhkəmə qarşısına çıxarılıb

Cümə günü Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev qapalı qapılar arxasında məhkəmə qarşısına çıxarılıb. Avqust ayında təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı həbs edilən sabiq prezidentə qarşı mütəşəkkil cinayətkar qruplaşmasının başçısıZ rüşvət müqabilində qanunsuz azad etmək ittihamı irəli sürülüb.

Vəkili Sergey Slesarev jurnalistlərə ikin dinləmələrdə iştirak etməkdən imtina edən Atambayevin cümə günü məhkəmə salonuna gətirildiyini deyib. Medianın məhkəmədə iştirakına icazə verilməyib.

2011-2017 illəri arasında 6 milyon əhalisi olan Orta Asiya ölkəsini idarə edən Atambayev 2017-ci il seçkilərində ozamankı müttəfiqi və baş nazir Sooronbay Jeenbekovu dəstəkləsə də, Jeenbekovun prezident seçilməsi ilə aralarında münaqişə yaranmışdı.

Atambayevə qarşı cinayət ittihamı Qırğızıstan rəsmilərinin qanunsuz narkotik maddə alveri və odlu silah saxlamaqda günahlandırılan və qətl hadisəsində əli olduğu deyilərək, həbs edilən Əziz Batukayevin Qırğızıstan həbsxanasından 2013-cü ildə azadlığa buraxılması ilə əlaqədardır.

O zaman hökumət Batukayevin ağır xəstəliyi olduğuna görə sərbəst buraxıldığını demişdi. İndi isə yalan olduğu deyilir. Batukayevin öldüyü və ya Rusiyada yaşadığı barədə heç bir məlumat yoxdur.