Qəzza militantları İsrailə raket hücumları edib

  • Amerikanın səsi

Qəzza militantları İsrailə raket hücumları edib

Cənubi İsrailə hücumun ardınca İsrail təyyarələrinin Qəzza Zolağına hava zərbələri endirməsindən sonra militantlar bu gün İsrailə raketlər atıblar.

İsrail rəsmiləri militantların cümə günü İsrailə azı 10 raket atdıqlarını söyləyirlər. Cənubi Aşdod şəhərinə hücumlar nəticəsində məktəb və sinaqoq zədələnib, və bəzi adamlar xəsarət alıb.

Dünən gecə Qəzzaya endirilən hava zərbələri nəticəsində bir yeniyetmə həlak olub. Zərbələr İsrail-Misir sərhədi boyunca baş vermiş hücumun ardınca endirilib. Qəzzadan İsrail ərazisinə keçən silahlı şəxslər sərnişin avtobusunu atəşə tutmuşdular.

Televiziya ilə xalqa müraciət edən baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrailə qarşı hər hansı bir hücum hücumçulara baha başa gələcək.