ABŞ, Kanada, Latın Amerikası, və Kariblərdki quşsevərlər dekabrın yarısından yanvarın əvvəlinə qədər quşları sayıblar. Onlar ABŞ-da fəaliyyət göstərən quşların qorunma təşkilatı olan Milli Audubon Cəmiyyətinin təşkil etdiyi 115-ci Milad Quş Sayma tədbirində iştirak ediblər. Hər il bu tədbirdən alınan məlumat alimlərə ətraf mühitin dəyişməsinin quşlara nə cür təsir etdiyini öyrənməyə kömək edir. Bir qrup quş müsahidəçisi ABŞ-ın ilk prezidenti Corc Vaşintonun evinin yerləşdiyi Virciniyanın Mount Vernon şəhərində toplaşıb.
Düşünürəm ki, quşları müşahidə etmək ölkədə qeyri-rəmi bacarığın səmərəli istifadəsidir. Quşlar ekologiyanın sağlamlığının ən düzgün göstəricisidir.Harry Glasgow
Vaşinqton şəhərinin cənubunda yerləşən Mount Vernon malikanəsində bu qrup müxtəlif quşlar görəcəyi üçün həyəcanlıdır.
Stuart Davis isə quşları araşdırmaq üçün hətta digər ölkələrə də səyahət edib.
“Quşlar fərqli forma və böyüklükdə olurlar. Onların lələkləri çox gözəldir və onlar elə hərəkətlər edirlər ki, elə bil uçan akrobatdırlar.”
Amerika Birləşmiş Ştatlarının milli simvolu olan, daz qartal, son bir neçə ildə nəsli kəsilməkdə olan quşlar sırasına daxil olmağına baxmayaraq yenidən ərsəyə çıxıb. Quş müşahidəçiləri Potomak çayının digər tərəfində bir daz qartal görürlər.
Dünyanın ən uzun müddət davam edən vətəndaşların apardığı elmi tədqiqatda 2400 fərqli yerdə 70 mindən çox insan iştirak edib.
“Düşünürəm ki, ölkənin hər bir yanından insanların qatıldığı bir tədbirdə iştirak etmək insanı həyəcanlandırır.”
Görülən və ya səsi eşidilən hər bir quş siyahıya əlavə olunur. Alimlər bu məlumatdan quş əhalisininin xüsusiyyətlərini daha yaxşı anlamaq üçün istifadə edirlər.
Harry Glasgow artıq on ildir Milad Quş Sayma tədbirində iştirak edir.
“Düşünürəm ki, quşları müşahidə etmək ölkədə qeyri-rəmi bacarığın səmərəli istifadəsidir. Quşlar ekologiyanın sağlamlığının ən düzgün göstəricisidir.”
Milli Audubon Cəmiyyətinin aparıcı alimi Gary Langham bu sözlərlə razılaşır. O bildirir ki, ötən il, Quşların Sayı Azalır adlı hesabat son qırx ildə quş hesablarından alınan məlumatlara əsasən yazılıb.
Növündən, həcmindən və yerindən asılı olmayaraq hər bir quş təhlükə altındadırGary Langham
“Audubon iqlim hesabatında Şimali Amerikanın quşlarından yarısının, yəni 588 növün 314-ün iqlim dəyişikliyi nəticəsində ciddi təhülkə ilə üzləşdiyi bildirilir. Növündən, həcmindən və yerindən asılı olmayaraq hər bir quş təhlükə altındadır.”
Hesablamalara əsasən qışların daha isti keçməsi nəticəsində Şimali Amerikadakı quşlar qış səfərlərində daha da şimala tərəf uçurlar. Quşsevər Jamie Reidy bu fərqi Virciniyada müşahidə edib.
“İndi onları ilin qeyri-mütəmadi vaxtlarında görmək olur; bəzilərin daha tez, bəzilərin isə daha gec.”
Lagham digər amillərin də quş əhalilərinə təsir etdiklərini bildirir.
“Məsələn, dünya üzrə dəniz səviyyəsinin artması dəniz və qayalıq sahillərdə məskunlaşan quşlara ikiqat təsir edir.”
Lagham iqlim dəyişikliyinə səbəb olan mədən yanacaqlarının azaldılmasını, eləcə də quşlar və onların yaşayış yerlərinin qorunmaları üçün səylərin artırılmasını istəyir. Bunlar olmadan əsrin sonunadək bir sıra quş növü yox olacaq. Quşhəvəskarları isə həyatlarını onlar olmadan təsəvvür edə bilmirlər.