“Azərbaycan femidasını hər yerindən duran ələ salıb oynada bilər, qanundan başqa”, Amerikanın Səsinə müsahibəsində bildirib
“Çalxan” hüquq firmasının rəhbəri Qurban Məmmədov Amerikanın Səsinə müsahibəsində Heydər Əliyevin 90 illiyi ilə bağlı Milli Məclisin qəbul etdiyi amnistiya aktından danışıb. Tanınmış hüquqşünas məhkəmə sistemində və müstəqil mövqeli vəkillərə qarşı qanunsuzluqları da diqqətə çatdırıb.
Müsahibədən seçmələr:
- Buna amnistiya aktı demək olmaz. Çünki birinci, ikinci bəndlərdə amnistiya tətbiq olunsun, beş və altıncı bəndlərdə heç kimə tətbiq olunmasın yazılıb.
- İkincisi, bu amnistiya aktı hətta SSRİ vaxtlarında olan amnistiya aktlarından da mənfidir. Sənədin sonuncu bəndində yazılıb ki, amnistiyanın tətbiqi 4 aydır. Cəzasının 6 ayı qalmış insana amnistiya tətbiq edilir, amma icrası üçün 4 ay vaxt qoyulur. Bu korrupsiya mənbəyidir.
- Amnistiya istintaq qərarlarına, məhkəmə hökmlərinə deyil əməllərə tətbiq edilir. Bu səbəbdən də barəsində məhkəmə hökmü olanlara da, istintaq və məhkəmə prosesində olanlara da tətbiq edilməlidir. Biz sözlə ittiham olunan bütün insanlar bu aktdan yararlanmalıdır.
- İndiki hakimiyyətin dövründə amnistiyadan ittiham olunanların hamısı yararlana bilmir. Hətta bəzi məhkəmə proseslərini uzadırlar ki, amnistiya həmin insanlara tətbiq edilməsin. Bu hətta keçmiş SSRİ dövründə də belə olmayıb.
-Hər cəzaçəkmə müəssisəsindən 100-200 məhbus buraxılacaq. Burada sənədlərinin hazırlanması sırf texniki işdir, yazırlar ki, amnistiya aktına uyğun olaraq filankəs məhbus həbsdən azad edilsin. Bunun üçün dörd ay deyil, maksimum 10 gün vaxt lazımdır.
- Amnistiya aktı hazırlananda birinci həbsdə olan siyasi rəqiblərinin, arzuolunmaz şəxslərin ittihamlarını öyrənirlər. Sonra həmin maddələrə amnistiya tətbiq etmirlər. Bir siyasi məhbus belə bu aktdan yararlana bilmir. Halbuki amnistiya
dövlətin öz təbəələrinə verdiyi ümumi əfvdir, hədiyyədir. Bu hədiyyədən hətta ən ağır cinayət törədənlər də bu və ya digər şəkildə yararlanmalıdır. Əgər hamı faydalanmırsa buna amnistiya demək olmaz.
- O vaxt mən Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə həbs edilmişdim. Bu maddə həmişə amnistiyaya salınırdı. Amnistiya aktına həmin maddəni salmadılar. AXCP sədri Əli Kərimli parlamentdə dedi ki, Qurban Məmmədova görə bu maddəyə amnistiya tətbiq etmirsiniz. 178-ci maddə tarixdə “Qurban maddəsi” kimi qalacaq.
- Hər şey aydındır. Bu rejim antixalq rejimidir. Beynəlxalq aləmə, xalqın gözünə kül üfürmək istəyirlər ki, humanizm göstərilir.
- Avropa İnsan Haqları Məhkəməsində son zamanlar tətbiq edilən cərimələrin məbləğinin aşağı olması təəssüf doğurur. Bu Azərbaycan hökumətinə, korrupsioner rejimə təsir etmir. Cərimələr həm də günahkar şəxslərin əmək haqqından tutulmur deyə, dövlətə heç bir təsiri olmur.
- Avropa Məhkəməsi son zamanlar bizim çox haqlı şikayətlərimizi haqsız yerə rədd edib. Yunanıstandan olan bir hakim bir gündə Azərbaycandan olan 50 şikayəti rədd etmişdi. Həmin işlərdən 3-nü də mən göndərmişdim.
- Azərbaycanda məhkəmə sistemi əlahiddə bir orqan deyil. Məhkəmələr vahid orqanizmin tərkib hissəsidir. Bu orqanizmin başı neçə ki, yaxşı işləməyib, onun qolları və ayaqları iflic vəziyyətdə qalacaq.
- Azərbaycanda məhkəmələrin müstəqil olması barədə yazılanlar elə kağızda da
qalır. Azərbaycan məhkəməsi qanundan başqa hər şeyə, pula, vəzifəyə, zora tabedir. Azərbaycan femidasını hər yerindən duran ələ salıb oynada bilər, qanundan başqa. Çünki hakimlər müəyyən şərtlərlə işə qəbul olunur, müəyyən şərtlərlə işləyir. Ali siyasi iradənin əleyhinə qərar qəbul edən hakim maksimum bir ay vəzifəsində otura bilər.
- Məsələn, məhkəmə Qusar rayonunda 130 il bundan öncə müəyyən edilmiş mərzi pozub, torpağı alıb verib qonşuya. Sumqayıtda 22 il öncə icra hakimiyyətinin qərarını məhkəmə ləğv edib, adamın pəncərəsinin qabağındakı torpağı verib qonşusuna. Belə hadisə minlərlədir.
- Son zamanlar Azərbaycan məhkəmələri rejimin cinayət əməlinə qanuni don geyindirmək və vətəndaşların mülkiyyətinin başqası tərəfindən qanunsuz ələ keçirilməsinin hüquqi vasitəçisinə çevrilib.
- Dünən Facebook-da Aslan İsmayılova yazdım ki, mən təəccüblənirəm ki, necə olub Aslan bəy Vəkillər Kollegiyasında qalıb. Mən vaxtı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olmuşam. Ancaq, həbsdən çıxanda sonra yenidən müraciət etdim. Dedilər testdən keçməlisən. Testdən də keçdim, lazım olandan da yüksək bal topladım. Şifahi sorğudan sonra dedilər ki, yuxarılar üçün arzuolunmaz şəxsəm.
- Tək mən deyiləm, Namizəd Səfərov, Lətifə Əliyeva, Eldar Qurbanov, Ənnağı Hacıbəyli, Xalid Bağırov, İntiqam Əliyev, onlarla belə tanınmış hüquqşünaslar kollegiyadan uzaqlaşdırılıb.
- Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyev Mərkəzi Seçki Komissiyasının üzvü kimi bu hakimiyyətə yaxın bir adamdır. Azərbaycan Vəkillər Kollegiyasını rejimin beşinci arabası halına gətirən bir adamdır. Aslan İsmayılov, Qurban Məmmədov, Lətifə Əliyeva və çoxsaylı digər müstəqil mövqeli hüquqşünaslara orada yer yoxdur.
Müsahibədən seçmələr:
Buna amnistiya aktı demək olmaz.
- İkincisi, bu amnistiya aktı hətta SSRİ vaxtlarında olan amnistiya aktlarından da mənfidir. Sənədin sonuncu bəndində yazılıb ki, amnistiyanın tətbiqi 4 aydır. Cəzasının 6 ayı qalmış insana amnistiya tətbiq edilir, amma icrası üçün 4 ay vaxt qoyulur. Bu korrupsiya mənbəyidir.
Cəzasının 6 ayı qalmış insana amnistiya tətbiq edilir, amma icrası üçün 4 ay vaxt qoyulur.
- İndiki hakimiyyətin dövründə amnistiyadan ittiham olunanların hamısı yararlana bilmir. Hətta bəzi məhkəmə proseslərini uzadırlar ki, amnistiya həmin insanlara tətbiq edilməsin. Bu hətta keçmiş SSRİ dövründə də belə olmayıb.
Bu hətta keçmiş SSRİ dövründə də belə olmayıb.
- Amnistiya aktı hazırlananda birinci həbsdə olan siyasi rəqiblərinin, arzuolunmaz şəxslərin ittihamlarını öyrənirlər. Sonra həmin maddələrə amnistiya tətbiq etmirlər. Bir siyasi məhbus belə bu aktdan yararlana bilmir. Halbuki amnistiya
Bu hədiyyədən hətta ən ağır cinayət törədənlər də bu və ya digər şəkildə yararlanmalıdır
- O vaxt mən Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə həbs edilmişdim. Bu maddə həmişə amnistiyaya salınırdı. Amnistiya aktına həmin maddəni salmadılar. AXCP sədri Əli Kərimli parlamentdə dedi ki, Qurban Məmmədova görə bu maddəyə amnistiya tətbiq etmirsiniz. 178-ci maddə tarixdə “Qurban maddəsi” kimi qalacaq.
178-ci maddə tarixdə “Qurban maddəsi” kimi qalacaq.
- Avropa İnsan Haqları Məhkəməsində son zamanlar tətbiq edilən cərimələrin məbləğinin aşağı olması təəssüf doğurur. Bu Azərbaycan hökumətinə, korrupsioner rejimə təsir etmir. Cərimələr həm də günahkar şəxslərin əmək haqqından tutulmur deyə, dövlətə heç bir təsiri olmur.
Yunanıstandan olan bir hakim bir gündə Azərbaycandan olan 50 şikayəti rədd etmişdi.
- Azərbaycanda məhkəmə sistemi əlahiddə bir orqan deyil. Məhkəmələr vahid orqanizmin tərkib hissəsidir. Bu orqanizmin başı neçə ki, yaxşı işləməyib, onun qolları və ayaqları iflic vəziyyətdə qalacaq.
- Azərbaycanda məhkəmələrin müstəqil olması barədə yazılanlar elə kağızda da
Azərbaycan məhkəməsi qanundan başqa hər şeyə, pula, vəzifəyə, zora tabedir.
- Məsələn, məhkəmə Qusar rayonunda 130 il bundan öncə müəyyən edilmiş mərzi pozub, torpağı alıb verib qonşuya. Sumqayıtda 22 il öncə icra hakimiyyətinin qərarını məhkəmə ləğv edib, adamın pəncərəsinin qabağındakı torpağı verib qonşusuna. Belə hadisə minlərlədir.
Qusar rayonunda 130 il bundan öncə müəyyən edilmiş mərzi pozub, torpağı alıb verib qonşuya.
- Dünən Facebook-da Aslan İsmayılova yazdım ki, mən təəccüblənirəm ki, necə olub Aslan bəy Vəkillər Kollegiyasında qalıb. Mən vaxtı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olmuşam. Ancaq, həbsdən çıxanda sonra yenidən müraciət etdim. Dedilər testdən keçməlisən. Testdən də keçdim, lazım olandan da yüksək bal topladım. Şifahi sorğudan sonra dedilər ki, yuxarılar üçün arzuolunmaz şəxsəm.
Kollegiyanı rejimin beşinci arabası halına gətirən bir adamdır.