İctimai fəallar təcridxanada məcburi başları qırxılmış gəncləri dəstəkləyir
Vəkil Qurban Məmmədov və bir neçə hüquq müdafiəçisi aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında anım yürüşü keçirmək istəyərkən saxlanan 3 gənc fəala dəstək məqsədi ilə “Başını qırxdır – dəstək ol!” aksiyasına başlayıb.
Belə ki, müvəqqəti saxlama təcridxanasında saxlanılan gənc fəallar Turqut Qəmbər, Əbülfəz Qurbanlı və İlkin Rüstəmzadənin məcburi başlarının qırxdırılmasına etiraz olaraq ictimai fəallar başlarını qırxdırıb. Onlar insanları da başlarını qırxdıraraq aksiyaya qoşulmağa çağırıb.
“Bu yaxınlarda məlumat almışam ki, gənc fəalların başını qırxmaqla onları təhqir ediblər. Qoy, bütün Azərbaycan gəncliyi, bu rejimi istəməyən bütün vətəndaşlarımız mənim kimi başlarını qırxsınlar, küçəyə çıxsınlar, bu da bir etiraz aksiyadır. Dünya görsün ki, bu rejimə qarşı nə qədər başıqırxıq var. Ona görə də mən hamını bu aksiyaya qoşulmağa çağırıram. Əks təqdirdə bu rejimin qarşısını ala bilməyəcəyik”, - vəkil əlavə edib.
Həmçinin vəkil bütün Azərbaycan xalqına müraciət edib.
“Azadlıq uğrunda, haqq yolunda gənclərin başı qırxılırsa, dövlət büdcəsi talan edilirsə, biz susduqca bu qanunsuzluqlar bir az da davam edəcək, Azərbaycanda yaşamaq mümkün olmayacaq. Mən sizin hamınızı vətəndaşlıq mövqeyi nümayiş etdirməyə çağırıram”, - o vurğulayıb.
Vəkil Neft Akademiyasının qarşısında anım yürüşünün qarşısının alınmasını pisləyib. Onun fikrincə, hakimiyyət həmin gün paytaxtda futbol bayramı keçirtməklə terror qurbanlarının xatirəsini təhqir edib.
Xatırladaq ki, 2009-c il aprelin 30-da ADNA-ya silahlı hücum olub. Hadisə nəticəsində terrorçu ilə birgə 13 nəfər güllə yarasından ölüb, 13 nəfər isə yaralanıb. Gənclər təşkilatları hər il aprelin 30-da qətlə yetirilmiş tələbə və müəllimlərin xatirəsini “Terrora yox!” şüarları ilə yad edir. Amma, demək olar ki, hər il gənc fəallarının etiraz yürüşünə hüquq mühafizə orqanları əks reaksiya göstərir, qarşıdurma yaşanır.