Qurban Əziminin dediyinə görə, İran hakimiyyətinə yaxın qüvvələr türklər ilə digər etnik cəmiyyətlər arasında düşmənlik yaratmaq və İran Azərbaycanını təcrid etmək istiqamətində siyasət yürüdürlər. Türkiyədə təhsil almaqda olan siyasi ekspert Amerikanın Səsinə müsahibədə media və digər platformalarda ortaya çıxan anti-türk propaqanda və şüarları dəyərləndirib.
Your browser doesn’t support HTML5
Qurban Əzimi deyir: “İranda türklərə qarşı hücumlar və təhdidlərin olması yeni bir şey deyil. Amma son zamanlarda bu hücumların anormal şəkildə çoxaldığını görürük. Dövlət televiziyasında və qəzetlərdə buna şahidik. Sosial mediada da bunu başqa şəkildə görürük.”
Məqsədləri Azərbaycanı dörd dövrəsinə düşmən edib və onu təcrid etməkdir. Beləliklə gələcəkdə hakimiyyətə qarşı üsyanları önləyə bilərlər.
O, bu hücumların ümumiyyətlə “türklərin kimliyi və onların yaşadığı coğrafiya və torpaqlarına qarşı” olduğunu ifadə edir.
Siyasi ekspert stadionlarda Tehran klublarının azarkeşləri tərəfindən səsləndirilən təhqiredici şüarlara diqqət çəkərək bu şüarların planlı şəkildə verildiyini önə çəkir:
“Stadionlarda türklərə qarşı təhqiredici şüarlar planlı şəkildə səsləndirilir. Bunların hökümətə yaxın qüvvələr tərəfindən yönləndirildiyi çox açıqdır. Türkləri təhqir etməklə məqsədləri həm türkə qarşı assimilyasiya siyasətinin bir aspektini icraya qoymaq, həm də türk-fars düşmənliyi yaratmaqdır. Türkləri təcrid etməyə çalışırlar ki, sabah bir şeylər olanda digərləri ilə bir araya gələ bilməsinlər.”
Qurban Əzimi həmçinin son vaxtlar Ərdəbil və Gilan vilayətləri arasında gündəmə gələn “Heyran gədiyi gərginliyinə” işarə edir.
“Türkləri həm Qərb, həm də Şərq tərəfində olan qonşu cəmiyyətlərlə, mərkəzdə də fars cəmiyyəti ilə düşmən etmək istəyirlər. Məqsədləri Azərbaycanı dörd dövrəsinə düşmən edib və onu təcrid etməkdir. Azərbaycanda etnik cəmiyyətlərini birləşməsini önləmək istəyirlər. Beləliklə gələcəkdə hakimiyyətə qarşı üsyanları önləyə bilərlər.
Türk fəallar son vaxtlar xüsusilə islahatçı qruplara mənsub “Qanun” və “Şərq” qəzetlərində dərc olunan yazılara etiraz edirlər. Xüsusilə də İran prezidentinin azlıqlar məsələləri üzrə yardımçısı Höccətül-İslam Əli Yunesinin “Qanun” qəzeti ilə bir müsahibəsinin yayımlanması ardınca türk millət vəkilləri də bu etirazlara qatılıb.
Əli Yunesi müsahibədə Azərbaycanda yaşayan əhalinin sonradan türkləşmiş azərilədən ibarət olduğunu iddia etmişdi. İran Parlamentinin 50 millət vəkili birgə məktub imzalayaraq Yunesi tərəfindən “türklərin aşağılanmasına” etiraz bildirdilər.
Qurban Əziminin fikrincə, "anti-türk propaqandası" islahatçılara mənsub qəzetlərdə dərc edilsə də, hücumlar parallel şəkildə həm mühafizəkar, həm də islahatçı qruplar tərəfindən həyata keçirilir.