Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Amerikanın Səsinə eksklüziv müsahibə verdi
Son günlərin ən debatlı mövzularından biri Ağdamın “Qarabağ” klubu nə onun baş məşqçisi Qurban Qurbanovdur. “Qarabağ” klubu avqustun 8-də İsveçin Gefle klubuna qalib gəlməklə Avropa Liqasında pleyoff mərhələsinə vəsiqə qazanıb və bu gün keçirilən püşkatmadan sonra onun növbəti rəqibi bəlli olub: Almaniyanın AYNTRAXT Frankfurt klubu. Amerikanın Səsinə eksklüziv müsahibə verən Qurban Qurbanın rəqibin çox ağır olduğunu deyib. Müsahibədə baş məşqçi AYNTRAXT-la oyunda hansı taktikadan istifadə edəcəyindən, Azərbaycan milli futbol yığmasına dəvət alıb-almamasından və azarkeşlərin onun üçün seçdiyi ləqəblərə münasibətindən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik:
Qurban bəy, ilk öncə xahiş edərdim, Gefle üzərində qələbədən danışaq. Görüşü necə qiymətləndirərdiniz? Qələbəyə inanırdınızmı?
Və qarşıda daha güclü rəqib var. Almaniya təmsilçisi AYNTRAXT Frankfurt. Rəqib haqda nə bilirsiniz. Qruplara qatılmaq mümkün olacaqmı?
Avropada Almaniya klublarına qarşı “Qarabağ”ın bəxti gətirməyib. Necə düşünürsünüz, indi Qarabağın oyun taktikası dəyişməlidirmi?
Qarabağın son 6 oyundan səhv etmirəmsə 5-də qələbə qazaanıb. Azarkeşlər bunun memarı kimi sizi görür. Siz necə düşünürsünüz?
Ümumiyyətlə Qarabağ klubunun Avropada uğurlarının böyük əksəriyyəti elə sizin adınızla bağlıdır. Özünüzü bu klubda necə hiss edirsiniz? Gələcəkdə klubu dəyişmək fikriniz varmı? İndiyədək daha yaxşı təkliflər almısınızmı?
Bəzi mütəxəssislər sizin milli komandaya gətirilməyinizi təklif edir. Belə bir təklif almısınız? Ümumiyyətlə milli komandanı çalışdırmaq istərdinizmi?
Son zamanlar xüsusilə sosial şəbəkələrdə sizə adətən sevimli məşqçilərə verildiyi kimi, ləqəb verilməsi müzakirə olunur. Bəziləri sizi Teymurləng, bəziləri imperator, bəziləri də nədənsə Ququ kimi çağırmaq istəyir. Belə kampaniyaya münasibətiniz necədir və siz özünüz sizə necə müraciət olunmasını istərdiniz?
Your browser doesn’t support HTML5
Qurban bəy, ilk öncə xahiş edərdim, Gefle üzərində qələbədən danışaq. Görüşü necə qiymətləndirərdiniz? Qələbəyə inanırdınızmı?
- Qələbəyə inanırdıq. Çünki biz həmin rəqibə Bakıda qalib gəlmişdik. Bakıdakı oyundan sonra rəqibi daha da yaxından tanıdıq. Səfərdəki oyuna daha da yaxşı hazırlaşdıq, daha düzgün oyun qurduq. Oyun bir tərəfdən bir az ağır oldu, amma digər tərəfdən iki qol vuraraq qalib gəldik.
İlk oyun Bakıdadır. Bakıdakı oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq. İnşallah çalışacağıq ən azından azarkeşlərimizi sevindirək, yaxşı oyundan nümayiş etdirəkQurban Qurbanov
- Bundesliqa demək olar ki, dünyanın ən güclü çempionatlarından biridir. Yəni bizə ağır rəqib düşüb. Amma yaxın günlərdə rəqib haqqında tam, düzgün məlumat toplayacağıq. İlk oyun Bakıdadır. Bakıdakı oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq. İnşallah çalışacağıq ən azından azarkeşlərimizi sevindirək, yaxşı oyundan nümayiş etdirək.
Avropada Almaniya klublarına qarşı “Qarabağ”ın bəxti gətirməyib. Necə düşünürsünüz, indi Qarabağın oyun taktikası dəyişməlidirmi?
- Hər bir rəqibə qarşı mütləq hansıa bir oyun dəyişikliyi, taktiki dəyişiklik olmalıdır, amma ilk növbədə biz öz oyunumuz haqqında düşünməliyik və öz oyunumuzu daha da yaxşılaşdırmağa çalışmalıyıq. Çünki turdan-tura rəqib daha da güclü olur.
Qarabağın son 6 oyundan səhv etmirəmsə 5-də qələbə qazaanıb. Azarkeşlər bunun memarı kimi sizi görür. Siz necə düşünürsünüz?
- Tək qiymətləndirmək bir az düzgün çıxmazdı. Çünki futbol kollektiv oyundur. Burada futbolçuların da əziyyətini nəzərə almaq lazımdır. Bir az diqqətli olmalıyıq, yəni demək olar ki, futbolçular hər bir oyunda bütün tapşırıqları yerinə yetirdilər və sona kimi mübarizə apardılar. Oyunlara çox ciddi hazırlaşdılar. Ona görə tək bir adı hallandırmaq düzgün deyil.
Ümumiyyətlə Qarabağ klubunun Avropada uğurlarının böyük əksəriyyəti elə sizin adınızla bağlıdır. Özünüzü bu klubda necə hiss edirsiniz? Gələcəkdə klubu dəyişmək fikriniz varmı? İndiyədək daha yaxşı təkliflər almısınızmı?
- Haz-hazırda bu klubda özümü çox rahat hiss edirəm. Çünki 5 ildən çoxdur bu klubda çalışıram və klubun həm rəhbərliyi ilə, həm də sıravi işçisi ilə çox düzgün iş birliyi qurmuşuq. Mənim üçün bu klubda işləmək çoxdur və belə bir komandanı, belə bir adın daima Avropada hallanması mənim üçün qürurvericidir. Ona görə hazırda başqa bir klub haqqında düşünmürəm və fikrimi bu kluba yönəltmişəm, klubun uğurları üçün maksimum dərəcədə əlimdən gələni etməyə çalışıram.
Yəqin ki, onlar daha doğrusunu bilirlər ki, kimi milli komandaya, kimisə göndərmək lazımdır. Hazırda mənim bütün diqqətim “Qarabağ” komandasına yönəlib.Qurban Qurbanov
- Hazırda milli komandanın baş məşqçisi var. Belə bir təklif almamışam. Hazırda milli haqqında yox, bu klub haqqında fikirləşirik ki, qarşıdakı oyunlarda uğurlu nəticə əldə edək. Milli haqqında hələ ki, bir söz demək düzgün çıxmaz. Çünki milli komandanın da öz rəhbərləri var, onlar daha doğrusunu bilirlər, Azərbaycan futbolunun inkişafını üçün maksimum güc sərf edirlər. Yəqin ki, onlar daha doğrusunu bilirlər ki, kimi milli komandaya, kimisə göndərmək lazımdır. Hazırda mənim bütün diqqətim “Qarabağ” komandasına yönəlib.
Son zamanlar xüsusilə sosial şəbəkələrdə sizə adətən sevimli məşqçilərə verildiyi kimi, ləqəb verilməsi müzakirə olunur. Bəziləri sizi Teymurləng, bəziləri imperator, bəziləri də nədənsə Ququ kimi çağırmaq istəyir. Belə kampaniyaya münasibətiniz necədir və siz özünüz sizə necə müraciət olunmasını istərdiniz?
- Belə kampaniyalar haradasa pis deyil. Niyə? Çünki hiss olunur ki, futbola marağımız var, get-gedə fikir mübadiləsi çoxalır. Sadəcə Teymurləng ləqəbini Bəhram Bağırzadə (Parni is Baku Şən və Hazırcavablar Klubunun keçmiş üzvü) qoyub. Bərhama da böyük hörmətimiz var. Bu haradasa sevindirici haldır ki, mənə belə münasibət göstərirlər, işimizi qiymətləndirirlər və oyunlarımızı izləyirlər. Onların hər birinə “Çox sağ ol” deyirəm, təşəkkürümü bildirirəm. Amma nə ləqəb də olsa, Qurbanıq, Qurban Qurbanovuq. Elə Qurban mənim üçün xoşdur (gülür).